BANK

02 Noyabr

FED sədri:"FED uzun bir yol qət edib"

SP 500 indeksi və Xəzinə istiqrazları yüksəlməyə davam edərkən, FED qərarı investorların gözlədiyi kimi "şahin keçidi" olaraq qiymətləndirilmədiyi və hətta "göyərçin keçidi" kimi şərh edildiyi üçün dollar yüksəlməyə davam edib və FED sədri Jerome Pouell FED-in "uzun bir yol qət etdiyini" ifadə edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, qərardan əvvəl bazar iştirakçıları yanvarın sonuna qədər 25 baz bənd faiz artımı ehtimalının üçdə birində qiymət qoyublar. Qərardan sonra bu gözlənti ilə bağlı qiymətlər azalıb. SP 500 1,05 faiz, Nasdaq 100 isə 1,77 faiz artımla bağlanıb.

ABŞ və Avropa fyuçers indeksləri yüksəlişin davam edə biləcəyini göstərib.

MSCI Asia Pacific Index ikinci gün də yüksəlişini davam etdirib. Çərşənbə günü 20 baza bəndi azalan ABŞ-ın 10 illik istiqraz faizi bu səhər 4,7154 faiz səviyyəsindədir. Bloomberg Dollar İndeksi iki gün dalbadal  0,5; azalıb.

Günel Məlikzadə
Fins.az