BANK

01 Noyabr

Bank sektorunun aktivləri 4.3% artıb - ABA-nın sədri

Azərbaycanda bu ilin sentyabrın sonuna bank sektorunun aktivləri 45,5 milyard manat artıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev VII Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, iqtisadiyyata kredit qoyuluşları 16,7 faiz artaraq 23,3 milyard manata, biznes kreditləri isə 12 faiz artaraq 12,1 milyard manata çatıb.

Z.Nuriyev onu da bildirib ki, dövlət fondları nəzərə alınmadan banklar tərəfindən verilmiş biznes kreditlərinin həcmi 15 faiz artaraq 11,1 milyard manata yüksəlib:

"Vaxtı keçmiş kreditlərin həcmi 534,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalma deməkdir. Vaxtı keçmiş kreditlərin portfeldəki payı 23 faiz geriləyib. Fiziki şəxslərin əmanətlərinin həcmi 12,4 milyard manat olub. Depozitlərin dollarlaşma səviyyəsi aşağı enib".

Fuad Mədətov
Fins.az