BANK

01 Noyabr

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 3%-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 605,8 milyon manatlıq əməliyyat aparıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”ın oktyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

Təkcə bu ilin sentyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 186,2 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 19,75 % çoxdur.

Fuad Mədətov
Fins.az