BANK

31 Oktyabr

Martins Kazaks:\"Hazırda faiz endirimini müzakirə etməyə ehtiyac yoxdur\"

Martins Kazaks Avrozonada inflyasiyanın son 2 ilin ən aşağı səviyyəsinə düşməsindən sonra açıqlamalar verib.  Martins Kazaks hazırda faiz endirimini müzakirə etməyə ehtiyac olmadığını ifadə edərək, "2024-cü ilin ilk yarısında faiz endirimi mövcud makro görünüşlə uyğun gəlməyəcək, lakin çox yüksək qeyri-müəyyənliklər var" deyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Martins Kazaks işsizliyin kəskin artması və iqtisadi aktivliyin kəskin azalması kimi faktorlara görə yalnız faiz dərəcələrinin aşağı salınmasını nəzərdən keçirəcəklərini bildirib.

Ardıcıl 10 ay faiz dərəcələrini artırdıqdan sonra ECB keçən həftə faiz artımlarını dayandırıb və depozit faiz dərəcəsini 4 faiz səviyyəsində saxlayıb. Bankın şahin üzvlərindən olan  Martins Kazaks inflyasiya ilə mübarizənin hələ bitmədiyini və bu yolun çətin olduğunu bildirərək, "İnflyasiyada kəskin azalma müşahidə etdik, amma hələ də 2 faizdən yuxarıdır. Lazım gələrsə, daha çox faiz artımı üçün açıq bir qapı var. İclas əsasında bunu qiymətləndirəcəyik"  deyib.

Günel Məlikzadə
Fins.az