BANK

31 Oktyabr

Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Noyabrın 1-2-də Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıqdır” mövzusunda VII Beynəlxalq Bankçılıq Forumu (“IBF 2023”) keçiriləcək.

Fins.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən forum etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq, imkanların azad olması: neobanklar və maliyyə ekosistemi, özünəxidmətin yeni sərhədi, maliyyə texnologiyaları və trendlər, ödənişlərin təkamülü: minimum təmasa doğru, əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası, rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları, ESG bankçılığı, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri mövzularını əhatə edəcək.

Qeyd edək ki, “IBF 2023” Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr və tanınmış şirkətlərin rəhbər nümayəndələrini bir araya gətirir.

Fuad Mədətov
Fins.az