İki nəhəng Avropa bankı ümumi dəyəri 5,6 milyard dollar olan səhmlərin geri alınması proqramını elan edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İtaliyanın Unicredit və Britaniyanın HSBC bankları yeni həftənin ilk ticarət günündə səhmlərin geri alınması proqramlarını açıqlayıblar.
UniCredit, dəyəri 2,6 milyard dollara qədər olan yeni səhmlərin geri alınması proqramına başladığını və satınalmalar üçün Goldman Sachs-a icazə verdiyini söyləyib.
Dövriyyədə olan səhmlərin sayını azaldaraq gələcək vahid gəlirlərini artıran səhmlərin geri alınması, UniCredit-in səhm qiymətini yüksəltmək istəyən CEO Andrea Orselin əsas addımlarından biri kimi qeyd edilib.
UniCredit keçən həftə Avropa Mərkəzi Bankından (ECB) 2,5 milyard avro dəyərində səhmlərin geri alınması proqramına başlamaq üçün icazə alıb.
UniCredit oktyabrın əvvəlində 2022-ci il üçün ikinci səhm geri satın alma proqramını tamamlayıb.
Günel Məlikzadə
Fins.az