BANK

26 Oktyabr

Mərkəzi Bank və XRİTDX arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) arasında oktyabrın 26-da Anlaşma Memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, Anlaşma Memorandumu Mərkəzi Bank və XRİTDX arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.

Həmçinin Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “CyberFest” kiberfestivalında imzalanıb.

Fuad Mədətov
Fins.az