BANK

26 Oktyabr

Naxçıvanda sahibkarlara 100 milyon manatdan çox kredit verilib

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 100 milyon manatdan çox kredit verilib.

Fins.az xəbər verir ki, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bunun 4,197 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun xətti ilə - güzəştli qaydada ayrılıb.

Nazir qeyd edib ki, güzəştli kreditlərin 3,69 milyon manatı sənaye, 492 min manatı kənd təsərrüfatı, 15 min manatı isə xidmət sektorunun inkişafına yönəldilib.

Fuad Mədətov
Fins.az