BANK

26 Oktyabr

AMB faiz artımı dövrünə bu gün fasilə verə bilər

Avropa Mərkəzi Bankı bir ildən artıqdır davam edən faiz artımı dövrünə bu gün fasilə verə bilər.

Fins.az xəbər verir ki, Bloomberg sorğusunda iştirak edən 59 analitikin gözləntisi depozit faizinin 4 faiz səviyyəsində sabit saxlanılması olub. 20 ölkədən ibarət Avro Zonasında artımın yavaşladığına dair son göstəricilər və inflyasiyanın davam edən yumşalma tendensiyası faiz dərəcələrinin sabit saxlanılması gözləntilərini gücləndirir.

ECB üzvləri bu yaxınlarda 2 faizlik inflyasiya hədəfinə qayıtmaq üçün borclanma xərclərinin uzun müddət yüksək səviyyədə qalacağı mesajını veriblər. Yaxın Şərqdəki münaqişələrin enerji qiymətlərini artırması riski olsa da, tənəzzül Avrozona üçün daha qaçılmaz təhlükə olaraq görülür.

Günel Məlikzadə
Fins.az