BANK

13 Oktyabr

Bu ilin sonu üçün orta illik inflyasiya proqnozu açıqlanıb

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən antiinflyasiya tədbirləri nəzərə alınaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə 9,5 faiz olacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu fikrilər “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupunun iclasında səsləndirilib. Qeyd edilib ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olub. Bu dövrdə illik inflyasiya 5,1 faiz təşkil edib.

İclasda qlobal inflyasiya səviyyəsində, xüsusilə dünya ərzaq qiymətlərində azalma meyillərinin olduğu qeyd edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə sentyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10,7 faiz ucuzlaşıb.

Məhəbbət Məmmədov
Fins.az