ABŞ-da gözləntiləri üstələyən istehsalçı inflyasiyasının ardından istehlak qiymətləri indeksi də açıqlanıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ-da istehlak qiymətləri sentyabr ayında əvvəlki ayla müqayisədə 0,4 faiz artıb. İllik artım isə 3,7 faiz təşkil edib.
İqtisadçıların gözləntisi sentyabrda aylıq inflyasiyanın 0,3 faiz olacağı idi. İllik inflyasiya gözləntiləri 3,6 faiz səviyyəsində müəyyən edilib.
Əsas göstəricilərdə gözləntilərə uyğun reallaşma diqqət çəkib. Sentyabrda enerji və ərzaq xaric istehlak qiymətləri əvvəlki aya görə 0,3% artdı; əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artıb.
Günel Məlikzadə
Fins.az