Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Qeorqiyeva, HƏMAS-ın İsrailə hücumundan sonra davam edən münaqişənin “dünya iqtisadiyyatı üçün günəşli olmayan üfüqdə yeni bir bulud” olduğunu söyləyib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, o, Mərakeşdə BVF və Dünya Bankının illik toplantıları zamanı mətbuat konfransında deyib:
"İqtisadi təsir baxımından biz vəziyyətin necə inkişaf etdiyini, xüsusilə neft bazarlarına necə təsir etdiyini çox yaxından izləyirik".
Günel Məlikzadə
Fins.az