2023-cü ilin III rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 14.9% artaraq 2 985.7 mln manat, kredit portfelinin həcmi 17.6% artaraq 1 886.0 mln manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 141.7 mln manat təşkil etmişdir ki, bu da 2022-ci ilin III rüb göstəriciləri ilə müqayisədə 20.4%, yəni 363.2 mln manat çoxdur.
Fins.az xəbər verir ki, 2023-cü ilin III rübünün sonuna Bankın xalis mənfəəti 53.7 mln manat təşkil etmişdir. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 41.5%, faiz gəlirləri isə 43.7% artmışdır. Hesabat dövrünə Bankın cəmi kapitalı 502.5 mln manat təşkil etmişdir.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,
//www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin
müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.