BANK

11 Oktyabr

BofA investorların Türkiyə haqqında fikirlərini açıqlayıb

Türkiyənin maliyyə naziri Mehmet Şimşək ilə Londonda keçirilən özəl görüşlərə investorların reaksiyalarını "Bank of America Corp." açıqlayıb . Məyus olan investorları Türkiyəyə qaytarmaq cəhdləri yavaş irəliləyir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  “Məxfi” qeyd olunan səkkiz səhifəlik sənəddə 4 trilyon dollarlıq qlobal aktiv meneceri, bir ovuc ABŞ və Böyük Britaniya hedc fondu və 700 milyard dollarlıq Asiya suveren sərvət fondu da daxil olmaqla 23 investorun rəyi öz əksini tapıb. Bir nüsxəsinə Bloomberg tərəfindən baxılan sənədə görə, şərhlər Şimşəklə oktyabrın 4-5-də keçirilən görüşlərə aiddir.

Günel Məlikzadə
Fins.az