BANK

10 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları 14,9 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 14,9 % artaraq 67,5 milyard ABŞ dollarına çatıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"O cümlədən, hesabat dövründə AMB-nin valyuta ehtiyatları 4 %-dən çox artaraq 9,8 milyard ABŞ dollarına yüksəlib", - deyə o qeyd edib.

Fuad Mədətov
Fins.az