BANK

10 Oktyabr

İnvestisiya şirkətlərinin xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri artıb

Azərbaycanda 2023-cü ilin birinci yarısında investisiya şirkətlərinin müştəri aktivləri, 2022-ci ilin sonu ilə müqayisədə 36% (441 mln. manat) artaraq 1677 mln. manata çatıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ”Maliyyə Sabitliyi Hesabatında” bildirilib.

Hesabat dövründə müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, 2023-cü ilin ilk yarımili ərzində xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 41% (426 mln. manat) artıb. Sektor üzrə müştəri aktivlərinin artımı müsbət hal olsa da, sektorda müştəri aktivləri üzrə yüksək təmərküzləşmə mövcuddur.

Fuad Mədətov
Fins.az