BANK

05 Oktyabr

Citigroup Çinin artım proqnozunu yüksəldib

"Citigroup" iqtisadçıları ölkədə pərakəndə satış və sənaye istehsalının canlanacağını gözlədiklərini, 6 ayda ilk dəfə istehsalat fəaliyyəti ilə bağlı sorğuların müsbət çıxmasından sonra ixracda daralmanın azala biləcəyini bildiriblər.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Yu Xianqronqun rəhbərlik etdiyi "Citi" iqtisadçıları belə bir qiymətləndirmə aparıblar:

"Dövrü dibə çatılıb. Bütün diqqətlər siyasət sürətinin artdığı bir vaxtda üzvi tələbin bərpa edilib-edilməyəcəyinə yönəlib".

Daha əvvəl Çinlə bağlı pessimist gözləntiləri olan investisiya bankları arasında yer alan "Citigroup", bu il üçün 4,7% artım gözləyirlər.

Avqustun sonundan bəri mənzil sektorunda atılan addımlara diqqət çəkən iqtisadçılar bildiriblər:

"Siyasətlərdən məyusluq üzündən daha əvvəl ÜDM proqnozumuzu azaltmışdıq. Siyasət sürətinin gözləntiləri açıq şəkildə üstələyib".

Günel Məlikzadə
Fins.az