BANK

04 Oktyabr

Mərkəzi Bankın 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi HESABATI

Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları və alətləri vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda Maliyyə sabitliyi hesabatı ildə iki dəfə geniş auditoriyaya təqdim olunur.

AMB-dən Fins.az-a verilən məlumata görə, hesabatda qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunub, bank sisteminin vəziyyəti qiymətləndirilib, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılıb.

Maliyyə sabitliyi hesabatı qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.

2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:

2023-cü ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatı

Fuad Mədətov
Fins.az