Bu ilin yanvar-avqust aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 419,6 milyon manatlıq əməliyyat aparıb.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% azdır.
Təkcə bu ilin avqust ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 200,9 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 6,4% azdır.
Fuad Mədətov
Fins.az