BANK

03 Oktyabr

JPMorgan-dan maliyyə böhranı bənzətməsi

Qurumun Qlobal Bazarlar üzrə Baş Strateqi Marko Kolanovic, bazar ertəsi müştəriləri ilə paylaşdığı qeyddə vəziyyətin 2007-2008-ci illər dövrü ilə tam eyni olmadığını, lakin ehtiyatlılıq tələb edən oxşarlıqların hələ də olduğunu yazıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Kolanoviç deyib:

“Diqqətəlayiq olan odur ki, 2007-ci ildə böhrana girərkən investorlar bugünkü kimi eyni məsələləri müzakirə edirdilər: FED-in faiz artımında fasiləsi, istehlakçıların çevikliyi, yumşaq eniş, güclü məşğulluq. Dolların, Brent neftinin qiymətinin və istiqraz gəlirlərinin yüksəlişini problemli və son nəticədə dayanıqlı olmayan birləşmə kimi qiymətləndirirəm".

Kolanoviç, istiqrazlardakı satış dalğasının FED-in faiz dərəcələrini daha uzun müddət daha yüksək tutmasına səbəb olduğunu bildirib.
O, geri çəkilməyin problem yaradacağına işarə kimi qiymətləndirilə biləcəyini söyləyib.
Günel Məlikzadə
Fins.az