BANK

03 Oktyabr

Azərbaycan banklarının faiz xərcləri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan bankları 553,7 milyon manat faiz xərcləri çəkib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur.

Bankların 8 aylıq faiz xərclərinin 395,2 milyon manat depozitlər üzrə faiz xərcləridir. Bu isə 1 il əvvələ nisbətən 38,9% çoxdur.

Fuad Mədətov
Fins.az