Sahiblərinə böyük həcmdə keşbek, uçuş milləri, danışıq dəqiqələri, mobil internet və kartdakı qalıq məbləğə görə faiz gəliri qazandıran NeoKart, müştərilərinə daha bir imkan yaradıb.
Fins.az xəbər verir ki, oktyabr ayının 31-dək davam edəcək yeni “Lançbek” kampaniyası çərçivəsində, nahar vaxtı (saat 12:00-15:00 aralığında) ölkədaxili restoran və kafelərdə ödənişlərini “Bank Respublika”nın NeoKart VISA kartı ilə edən müştərilər 10% KEŞBEK qazanacaq!
Kampaniya müddəti ərzində müştərilər qeyd olunan kateqoriyalar üzrə ödəniş edərkən maksimal 50 AZN məbləğində keşbek qazana biləcəklər.
Siz hələ də NeoKart sahibi deyilsiniz? O zaman, Bank Respublika Sizə yeni bir FÜRSƏT yaradır!
Belə ki, kampaniya çərçivəsində banka müraciət edən müştərilər NeoKart VISA Standard kartını PULSUZ əldə edə biləcək!
NeoKart Standart və NeoKart Premium kartlarının bankın rəsmi internet səhifəsində pulsuz çatdırma ilə sifariş etmək mümkündür. Həmçinin, NeoKart sahibi olduqdan sonra Siz 4000-ə qədər“Xoş gəldin” Bonusu, hər ay kart qalığına illik 5%-ə qədər gəlir və NeoKart Premium kartı üzrə bütün əlavə güzəştlər paketi əldə etmək imkanı qazanacaqsınız.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.