Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 28,784 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
8 aylıq məbləğin 22,614 milyard manatını elektron ticarət, 6,128 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,041 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib.
Fuad Mədətov
Fins.az