Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Fins.az xəbər verir ki, bununla bağlı Müşahidə Şurası sentyabrın 28-də qərar verib.
Qərara əsasən, MDM-in İdarə Heyəti sədrinin müavini Rəna Aydın qızı İsgəndərova, İdarə Heyətinin üzvü isə Ramin Qələnfər oğlu Nurəhmədov təyin edilib.
Qeyd edək ki, Rəna İsgəndərova 2017-ci ildən yeni vəzifəsinə qədər beynəlxalq məsləhət şirkəti olan “Ernst Young”da baş mütəxəssis, audit üzrə menecer vəzifələrində çalışıb. Ramin Nurəhmədov isə 2023-cü ilin iyul ayından etibarən Milli Depozit Mərkəzində fəaliyyətə başlayıb və İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Fuad Mədətov
Fins.az