BANK

29 Sentyabr

"Muğan Bank”ın səhmdarı rəhbərlikdən ayrılıb

"Muğan Bank” ASC-nin səhmdarı bankın rəhbərliyindən kənarlaşıb.

Fins.az  Apa-ya istinadən xəbər verir ki, Elmir Mehdiyev bankın Müşahidə Şurasının (MŞ) üzvlüyündən ayrılıb. Bununla da, bankın MŞ-nin üzvlərinin sayı 3-ə (MŞ-nin digər üzvləri Ramiz Dadaşov, Amil Vəliyev və Teymur Məmmədovdur) enib.

Qeyd edək ki, Elmir Mehdiyev 2023-cü ilin aprel ayına qədər "Muğan Bank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri olub. Aprel ayında isə onun bankdakı payı 67,74%-dən 0,78%-ə kimi azaldılıb və MŞ-nin üzvü seçilmişdi.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 162,5 milyon manatdır.