BANK

27 Sentyabr

Bu ölkədə ipoteka faizləri son 22 ilin ən yüksək həddinə çatıb

ABŞ İpoteka Bankçılığı Assosiasiyasının (MBA) məlumatlarına görə, 30 illik ipoteka üçün orta faiz dərəcəsi sentyabrın 22-də bitən həftədə 10 baza bəndi artaraq 7,41 faizə çatıb.

Fins.az Bloomberg-ə istinadən xəbər veir ki, bu artımla mənzil alqı-satqısı müraciətləri də onilliklərin ən aşağı səviyyəsinə düşüb.

Son vaxtlar borclanma xərclərinin artması artıq çətin dövrünü yaşayan mənzil sektoruna daha da mənfi təsir göstərir.

Maliyyə xərclərinin artmasına baxmayaraq, məhdud təklif səbəbindən mənzil qiymətləri artmaqda davam edir.

FED sədri Jerome Powell FED-in borclanma xərclərini yüksək tutacağını açıqladıqdan sonra qısa müddət ərzində mənzil krediti faizlərində azalma gözlənilmir.

Günel Məlikzadə
Fins.az