BANK

27 Sentyabr

ABŞ-da bank sektorunun ümumi depozitləri azalıb

ABŞ-da bank sektorunun ümumi depozitləri 1994-cü ildən bəri ilk dəfə olaraq illik azalma qeydə alıb.

Fins.az xəbər verir ki, SP Global Market Intelligence hesabatında iyunun 30-da başa çatan dövrlə müqayisədə depozitlərin 4,8 faiz azalaraq 17,3 trilyon dollara düşdüyünü açıqlayıb.

SP təhlilinə görə, əmanətlərdən çıxış əmanətçilərin daha yüksək gəlirli alternativlərə üz tutması nəticəsində baş verib. ABŞ-da bəzi regional bankların iflası da əmanətlərin xaricə axmasına səbəb olub. Ən yüksək artım 31,1 faizlə Şvabda olub.

SP analitikləri əmanətçilərin bankın pul bazarı fondları kimi digər məhsullara üz tutduğunu düşünürlər.

Günel Məlikzadə
Fins.az