BANK

27 Sentyabr

Çin Mərkəzi Bankından dəstək mesajları davam edib

Çin Xalq Bankı, bərpası "artan sürətlə" olan iqtisadiyyatı dəstəkləmək üçün siyasət düzəlişlərini sürətləndirəcəyini və pul siyasətini "möhkəm və güclü şəkildə" həyata keçirəcəyini söyləyib.

Çin Xalq Bankı (PBOC) likvidliyi kifayət qədər bol saxlayacaq və sabit kredit genişlənməsini davam etdirəcəyi bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bank açıqlamasında bildirib:

"Mövcud xarici mühit daha da ağırlaşır, beynəlxalq iqtisadi ticarət və investisiyalar yavaşlayır. İnflyasiya və inkişaf etmiş ölkələrdə faiz dərəcələri yüksək olaraq qalır. Daxili iqtisadiyyat artan sürətlə bərpa olunmağa və yaxşılaşmağa davam edir. Lakin hələ də qeyri-kafi tələb kimi problemlərlə üzləşirik. Biz gərgin işləməyə davam etməli və yaxşılaşan sürətdən yararlanmalı, makrosiyasət korrektələrini sürətləndirməliyik. Ehtiyatlı pul siyasətini möhkəm və güclü şəkildə həyata keçirməliyik".

Dünyanın ikinci ən böyük iqtisadiyyatı bir sıra təvazökar siyasət tədbirlərindən sonra bəzi sabitləşmə əlamətləri göstərib. Lakin mənzərəni mənzil böhranı, qocalmış demoqrafik göstəricilər, yüksək borc və geosiyasi gərginliklər qaranlıq edib.

Günel Məlikzadə
Fins.az