BANK

27 Sentyabr

Banklar 724.2 milyon manat xalis mənfəət əldə ediblər

2023-cü ilin yanvar–avqust aylarında banklar 724.2 milyon manat xalis mənfəət, 1,064 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23 faiz və 25 faiz artıb.

2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz və ya 51.7 milyon manat daha çoxdur.

Günel Məlikzadə 
Fins.az