BANK

26 Sentyabr

İnvest-AZ İnvestisiya Şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC bu ilin I yarısını 3,653 milyon manat xalis mənfəətlə başa vurub.

Fins.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Yanvar-iyun aylarında “İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 3,731 milyon manat (1 il bundan əvvələ nisbətən 2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 78 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il iyulun 1-nə “İnvest-az"ın aktivləri 33,892 milyon manat olub ki, bu da illik müqayisədə 98% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,1 dəfə artaraq 25,891 milyon manata, balans kapitalı isə 68,75% artaraq 8,002 milyon manata, o cümlədən nizamnamə kapitalı 5,7% artaraq 3 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az