BANK

26 Sentyabr

Azərbaycan banklarının xarici öhdəlikləri artıb

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 33,5% və ya 591.1 mln. manat artaraq 2 milyard 353.1 mln. manat təşkil edib.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Sektorun xarici öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə isə 39,5% artıb.

Qeyd edilib ki, xarici öhdəliklərdəki müşahidə edilən artım əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Fuad Mədətov
Fins.az