BANK

26 Sentyabr

FED üzvü Kaşkaridən faiz mesajı

FED üzvü Neel Kaşkarinin sözlərinə görə, ABŞ Federal Ehtiyat Sistemi bu il də faiz dərəcələrini artıracaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Minneapolis FED sədri Kaşkari Wharton School-da keçirilən tədbirdə çıxışında dedi:

"İqtisadiyyatın gözləniləndən daha güclü olacağı təqdirdə faiz dərəcələrini uzun müddət yüksək saxlaya bilərik".

FED-in faiz qərarını verən Federal Açıq Bazar Komitəsində səsvermə hüququna malik olan Kaşkari,  bu il daha bir faiz artımı gözləyən üzvlərdən biridir.

Digər tərəfdən JPMorgan-ın baş direktoru Jamie Dimon, dünyanın FED-in faiz dərəcələrini 7 faizə qaldırmasına hazır olmadığını bildirib. “Times of India” qəzetinə verdiyi müsahibədə Dimon qeyd edib ki, faiz dərəcələrinin 5 faizdən 7 faizə yüksəlməsi iqtisadiyyat üçün 3 faizdən 5 faizə yüksəlməkdən qat-qat ağrılı olacaq.

Günel Məlikzadə 
Fins.az