BANK

26 Sentyabr

Deutsche Bank-dan DWS-ə 25 milyon dollar cərimə

SEC-dən verilən açıqlamada Deutsche Bank-ın törəmə şirkəti olan DWS Investment Management Americas-a qarşı iki ayrı ittihamın irəli sürüldüyü bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, açıqlamada bu ittihamlardan birinin DWS-in Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə proqramı hazırlaya bilməməsi, digər ittihamın isə ətraf mühit, sosial və idarəetmə sərmayələri ilə bağlı yalan açıqlamalar verməsi olduğu bildirilib.

DWS-nin bu ittihamlara cavab olaraq cəmi 25 milyon dollar cərimə ödəməyə razı olduğu bildirilib.

SEC-in açıqlamasında, DWS-nin ittihamları nə qəbul etdiyi, nə də təkzib etdiyi bildirilib.

Keçmiş bir işçinin şirkətin davamlılıq məlumatlarını şişirtdiyinə dair iddialarından sonra DWS müxtəlif qurumlar, o cümlədən SEC tərəfindən araşdırılıb.

Günel Məlikzadə 

Fins.az