Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724.2 milyon manat xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22.9% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589.4 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25.2% artaraq 1064 milyon manata bərabər olub.
2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.
Fuad Mədətov
Fins.az