BANK

22 Sentyabr

AMB və WB yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) 2024-2028-ci illər yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib.

Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"AMB-də ölkəmizdə səfərdə olan WB-nin Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Rolande Pryce və Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeisterlə görüşdük, WB-nin Azərbaycandakı cari fəaliyyəti, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda WB və AMB arasında həyata keçirilən texniki yardım layihələri ətrafında müzakirə apardıq", - deyə o qeyd edib.

Fuad Mədətov
Fins.az