BANK

20 Sentyabr

Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olub.

Bu barədə Fins.az-a AMB-dən məlumat verilib.

Məlumata görə, 8 ay ərzində AMB-də keçirilmiş valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 295,8 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% azdır.

Təkcə ötən ay isə valyuta satışının məbləği 452 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,6% çoxdur.

Fuad Mədətov
Fins.az