BANK

20 Sentyabr

Ziraat Bank Azərbaycan kredit portfeli artıb

"Ziraat Bank Azərbaycan" ASC-nin 2023-cü ilin II rübünün sonuna kredit portfeli (müştərilərə verilmiş kreditlər) 347 milyon 957 min manat təşkil edib.

Fins.az "Ziraat Bank Azərbaycan"ın bu ilin ilk yarısının maliyyə nəticələrinə əsasən xəbər verir.

Məlumata görə, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 30 milyon 377 min manat və ya 9,6% artıb. Həmçinin bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artıb.

Fuad Mədətov
Fins.az