BANK

20 Sentyabr

AMB: Cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15%-i həcmində profisit proqnozlaşdırılır

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü il üzrə cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozunu açıqlayıb.

Fins.az-a bu barədə AMB-yə istinadən xəbər verir ki, xarici mühitin əlverişli olaraq qalması valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynayıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.2 mlrd. ABŞ dolları və ya ÜDM-in 14.5% səviyyəsində olub. 2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15%-i həcmində profisit proqnozlaşdırılır.

"Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir. Cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Bu dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 122 mln. ABŞ dolları olmaqla alışyönlü olub" - AMB-nin açıqlamasında bildirilib.

Fuad Mədətov
Fins.az