BANK

20 Sentyabr

AİB Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiyanı 2023-cü ildə 10% proqnozlaşdırıb. Bu isə AİB-in aprel proqnozundan 3% bəndi çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Bankın hesabatında bildirilib. AİB 2024-cü il üzrə Azərbaycanda inflyasiya proqnozunu isə 6,5%-dən 8,5%-ə qədər artırıb. Bu isə aprel proqnozuna nisbətən 2,0% bəndi çoxdur.