BANK

19 Sentyabr

Azər Türk Bank-ın kredit portfeli 400 milyonu keçib

"Azər Türk Bank" ASC-nin 2023-cü ilin II rübünün sonuna kredit portfeli 406 milyon 834 min manat təşkil edib ki, bu da ötənilki göstəriciyə nisbətən 42% çoxdur.

Fins.az "Azər Türk Bank"ın bu ilin ilk yarısının maliyyə nəticələrinə əsasən xəbər verir.

Məlumata görə, ötən ilin sonu ilə müqayisədə Bankın cəmi kredit portfeli 85 milyon 111 min manat artıb.

Fuad Mədətov
Fins.az