BANK

19 Sentyabr

ABB-nin  kredit portfeli 19%-ə yaxın artıb

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 2023-cü ilin II rübünün sonuna kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyard 187 milyon 936 min manat təşkil edib.

Fins.az ABB-nin bu ilin ilk yarısının maliyyə nəticələrinə əsasən xəbər verir.

Məlumata görə, cari ilin ilk 6 ayında Bankın kredit portfeli 657 milyon 354 min manat və ya 18,6% artıb. Ötən ilin sonunda Bankın kredit portfeli 3 milyard 350 milyon 582 min manat təşkil edib.

Fuad Mədətov
Fins.az