BANK

18 Sentyabr

“AFB Bank”ın xalis mənfəəti 36.7% azalıb

“AFB Bank” 2023-cü ilin II rübünün sonuna xalis mənfəəti 5,5 milyon manat təşkil edib.

Fins.az “AFB Bank”ın bu ilin ilk yarısının maliyyə nəticələrinə əsasən xəbər verir.

Məlumata görə, 2023-cü ilin birinci yarısında “AFB Bank”ın xalis mənfəəti illik müqayisədə 36.7% azalıb. Bank 2022-ci ilin müvafiq dövründə 8,673 milyon manat xalis mənfəət əldə edib.

Fuad Mədətov
Fins.az