"Yelo Bank" ASC 2023-cü ilin II rübünün sonuna xalis mənfəəti 8,724 milyon manat təşkil edib.
Fins.az "Yelo Bank"ın bu ilin ilk yarısının maliyyə nəticələrinə əsasən xəbər verir.
Məlumata görə, bank ötən ilin eyni dövrünü 2,352 milyon manat xalis mənfəət ilə bağlayıb. Bankın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 6,372 milyon manat və ya 3,7 dəfə (271%) artıb.
Fuad Mədətov
Fins.az