BANK

14 Sentyabr

AMB: Valyuta hərracında tələb təmin edildi - 14.09.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 25,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sentyabrın 12-də hərracda tələb 24,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az