BANK

12 Sentyabr

Azərbaycanın tədiyə balansının qalığı 5 milyard 245 milyon dollar təşkil edib

2023-cü ilin ikinci rübündə Azərbaycanın tədiyə balansının ümumi qalığı (ehtiyat akitvlərin dəyişməsi) 5 milyard 245 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illin eyni dövrü ilə müqayisədə 13.2% çoxdur. Ötən ilin ikinci rübündə bu rəqəm 4 milyard 633.5 milyon dollar olub.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 5 milyard 154.6 milyon ABŞ dollarlıq qalıq (1 il əvvələ nisbətən 2 dəfə az), maliyyə hesabındakı 508.6 milyon ABŞ dolları ( ötən ilin eyni dövründə 5 298.1 milyon dollar kəsir olub) və kapital hesabında 6.8 milyon dollar kəsir (2022-ci ilin II rübündə 0,1 milyon dollar kəsir ) əsasında formalaşıb.

Fuad Mədətov
Fins.az