Azərbaycana daxil olan pul baratlarının 68%-i və ya 608 milyon manatı Rusiya Federasiyasının payına düşüb. İkinci yerdə 70,7 milyon dollarla Türkiyə qərarlaşıb.
Fins.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
S.Nəsirov qeyd edib ki, 2023-cü ilin ikinci rübündə Azərbaycana 891 milyon dollar həcmində pul baratı daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 45% azdır:
“Azərbaycandan çıxan pul baratlarının həcmi isə 254,7 milyon dollar təşkil edib. Başqa sözlə, baratlar üzrə profisit 636 milyon dollar təşkil edib. Bu is ötən ilin eyni dövrünə nisbətən 51% azdır”.
Fuad Mədətov
Fins.az