BANK

12 Sentyabr

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 5,2 milyard dollar təşkil edib

2023-ci ilin ikinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 5,2 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.O, bildirib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə azdır:

"Cari əməliyyatlar hesabının ÜDM-də payı 14,5% təşkil edib. Həmçinin neft-qaz qiymətlərində azalma, eyni zamanda idxalın artması və pul baratlatında azalma CƏH-in azalmasına təsir edib”.

Qeyd edək ki, 2022-ci ilin ikinci rübündə CƏH-in profisiti 10,33 milyard dollar təşkil edib.

Fuad Mədətov
Fins.az