Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının 2022-ci il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini təsdiqləyib. Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində saxlayıb və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments) B2 səviyyəsində təsdiqlənib.
Fins.az xəbər verir ki, Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.