Bu ilin yanvar-iyul aylarında Azərbaycan bankları 1 976,2 milyon manat faiz gəlirləri əldə edib.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,1% çoxdur.
Bankların 7 aylıq faiz gəlirlərinin 1 456,9 milyon manat kreditlər üzrə faiz gəlirləridir. Bu isə 1 il əvvələ nisbətən 19,3% çoxdur.