BANK

21 Avqust

Azərbaycanda problemli kreditlər son bir ayda azalıb

Bu il avqust ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 1.5% azalaraq 494.7 milyon manata enib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 16.7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 25% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.2% təşkil edib.